"Prezident İlham Əliyevin dünya miqyasında hər keçən gün yüksələn nüfuzu və dünyada söz sahibi olması bütün proseslərdə müsbət mənada öz təsirini yüksək səviyyədə göstərir. Reallıq budur ki, artıq dünya Azərbaycanın gücündən çəkinir və bizə nəyisə diqtə edə bilmir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov səsləndirib. O bildirib ki, Azərbaycanla hədə-qorxu dilində danışmağın mümkün olmadığı və bunun heç bir nəticə verməyəcəyi qlobal güclər tərəfindən də etiraf edilir:
"Hazırda iqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. Eyni zamanda yenidənqurma layihələri təkcə Qarabağda Şərqi Zəngəzurda yox, Azərbaycanın bütün regionlarında həyata keçirilir. Biz Azərbaycan xalqı olaraq hamılıqla bir vətəndaş kimi öz müstəqilliyimizi, ərazi bütövlüyümüz üçün daha güclü olmalıyıq".
Anar Əliyev