Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sürətli və hərtərəfli inkişaf edən güclü dövlətdir -ÖZƏL

Azərbaycan sürətli və hərtərəfli inkişaf edən güclü dövlətdir


"Bu gün Azərbaycan sürətli və hərtərəfli inkişaf edən, dünya miqyasında müstəqil siyasət yürüdən, öz sözünü beynəlxalq arenada bəyan edən güclü dövlətdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Azad Bayramov səsləndirib. O bildirib ki, Cənubi Qafqazın lideri statusunu daşıyan, dünyanın qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan ölkəmiz artıq regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir:

"Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirib. Bunun sayəsində ölkəmiz son illər çox böyük uğurlara imza atıb".

Mehman Mehdiyev
Xəbəri paylaş