Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan üçün təhlükəli yeni proseslərin başlanğıcı ola bilər -ÖZƏL

Azərbaycan üçün təhlükəli yeni proseslərin başlanğıcı ola bilər


Qarabağ separatçıları revaşist cəhdlərini davam etdirirlər. Gündəlik Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri tərəfindən Silahlı Qüvvələrimizə qarşı törədilən təxribatlar, mövqelərimizin atəşə tutulması belə deməyə əsas verir. Bu arada separatçıların Xankəndində yenidən aksiya keçirəcəyi barədə məlumatlar yayılıb.

Newscenter.az-ın xəbərinə görə, QAFSAM sədri Nazim Cəfərsoy deyib ki, separatçıların "dövlət naziri" Qurgen Nersisyan aksiyada yekun qərar alınacağını bildirib:

"Nə qədər gülməli də olsa Nersisyan Qarabağın taleyine özləri qərar verəcəyini bildirib. Bu arada Ruben Vardanyan da mitinq iştirakçılarına müraciət edib".

Nazim Cəfərsoy hesab edir ki, bu hadisələr Azərbaycan üçün təhlükəli yeni proseslərin başlanğıcı ola bilər:

"1988-ci ildə olduğu kimi kütlənin önə sürüldüyü yeni təxribatlar mümkündür. Separatçılara qarşı ciddi tədbirlər almaqda çox gecikirik, ona görə də ayaqları yer alır. Halbuki bu 2,5 ildə hər həftə 3-4 separatçını əməliyyatla götürsəydik iş bitmişdi".
Xəbəri paylaş