Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda 7 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

Beyləqanda 7 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur


Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun yenidən qurulması davam edir.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

Layihənin uzunluğu 8 km olan Allahyarlı və 5.2 km uzunluğa malik Sarısu hissələri üzrə aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb, suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü döşənib.

Uzunluğu 15.6 km olan Qəhrəmanlı və uzunluğu 7.2 km təşkil edən Gödəklər-Bünyadlı hissələrində torpaq işləri, köhnə örtüyün frezlənməsi, suötürücü boruların tikintisi icra olunub. Hazırda sözügedən hissələrdə yol əsasının tikintisi işləri son mərhələdə olmaqla aparılır.

Sonda yolboyu üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.

Sona
Xəbəri paylaş