"Xankəndidə Azərbaycanın razılığı olmadan məskunlaşmış bir qrup erməninin absurd istəklərini çığıraraq öz aləmlərində nəyəsə nail olmaq cəhdlərini arı vızıltısı hesab etsək, yanılmarıq. 30 ilə yaxın işğal dövründə beynəlxalq səviyyədə heç bir siyasi irəliləyişə nail ola bilməyən erməni toplumun indi üç-beş erməni ilə istək irəli sürməsi gülüş doğurur. Hər hansı görüş öncəsi bu şəkildə təxribatların olması adi haldır".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində separatçıların Xankəndində mitinq keçirməsinə münasibət bildirərkən səsləndirib. O deyib ki, beynəlxalq aləm də artıq ermənilərdən bezib:
"Onların istəkləri artıq heç kimi maraqlandırmır. Tək ermənini alət kimi istifadə edənlər bunda maraqlıdırlar, amma onlar da çoxluq qarşısında zəifdirlər".
Politoloq qeyd edib ki, Brüssel görüşünün hansısa nəticəsinin olacağı mümkün olmadığı üçün bu görüşün pozulub, ya pozulmayacağı bir o qədər də əhəmiyyət kəsb etmir:
"Amma, bu görüş hər halda keçiriləcək. Bütün bu hay-küylər əlacsızlıqdan doğan hərəkətlərdir və bu hərəkətlərin heç bir işə yaramayacağını ermənilər özləri də bilir:
"Sadəcə Rusiya bunu təşkil etməklə ermənilərə yalan ümidlər verir".
Anar Əliyev