Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək


İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Newscenter.az bildirir ki, bu barədə “Report” Avropa İttifaqı Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.
Xəbəri paylaş