"Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin müntəzəm olaraq həyata keçirdikləri təxribat, mövqelərimizin davamlı olaraq atəşə məruz qalması Azərbaycan Ordusunun növbəti dəfə antiterror əməliyyatı keçirməsini qaçılmaz edir".
Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, Azərbaycan tərəfinin ötən iki ildən artıq müddətdə Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinə vaxt tanıması, onların könüllü təslim olmalarına şərait yaratmasına baxmayaraq separatçıların öz revanşist əməllərini davam etdirməsi onu deməyə əsas verir ki, "Dəmir Yumruq" yenidən işə düşməlidir:
"Bu dəfə heç bir güzəştdən, humanist addımdan söhbət getməməlidir. Sonuncu silahlı separatçı məhv edilənə qədər antiterror əməliyyatı Xankəndi daxil olmaqla, bütün Qarabağ ərazisində həyata keçirilməlidir".
Arzuman Muradlı deyib ki, Qarabağdakı separatçılar məhv edildikdən sonra bölgənin erməni əhalisi də könüllü olaraq Azərbaycan cəmiyyətinə inteqrasiya edəcək və Azərbaycan dövlətinin vətəndaşı olaraq sabitlik şəraitində yaşayacaqlar:
"Hazırkı situasiyada Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olan qüvvə məhz oradakı separatçılardır".
Anar Əliyev