Hollivudun 1960-cı ildən bəri ilk dəfə bağlanması təhlükəsi yaranıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb ABŞ-ın Ekran Aktyorları Assosiasiyası və Amerika Televiziya və Radio Rəssamlarının iş təhlükəsizliyi və maaş artırılması tələbi ilə tətilə hazırlaşmasıdır.
Sözügedən tətilin Hollivudda serial və film nümayişlərini gecikdirəcəyi və istehsal şirkətlərinə maddi ziyan vuracağı istisna edilmir.
İllik serial və film istehsalının sürətlə artdığı son illərdə ssenaristlər daha ağır şəraitdə işlədiklərini və bunun müqabilində az maaş aldıqlarını bildirirlər.
Ssenari müəllifləri sonuncu dəfə 2007-ci ildə tətil etmişdilər və işçilərin 100 günlük tətili təxminən 2 milyard dollar itkiyə səbəb olmuşdu.
Sona