Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyanın paytaxtı Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 56-cı Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində yapon və norveçli həmkarları ilə görüşüb.
Newscenter.az-ın xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin Twitter hesabında paylaşılan məlumatda görüşlərdə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinin müzakirə mövzusu olduğu bildirilib.
.
Qeyd edək ki, xarici işlər naziri Hakan Fidan Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və Norveçin xarici işlər naziri Anniken Huitfeldt ilə ayrı-ayrılıqda görüşüb.
Mehman Mehdiyev