2023-cü ilin 1-ci yarımilliyi ərzində Energetika Nazirliyi və tabeli qurumlara 3304 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 2739-u müvafiq qaydada icra olunub, 283-ü icradadır. 282-si isə məlumat xarakterli olub.
Newscenter.az xəbər verir ki, müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 129 vətəndaş qəbul edilib və səsləndirilən müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Natiq Orucov