Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mina qurbanlarına dəstək layihəsinin monitorinqi keçirilir -ÖZƏL

Mina qurbanlarına dəstək layihəsinin monitorinqi keçirilir


Respublikanın Tərtər, Ağdam və Ağcabədi rayonlarında mina qurbanlarına dəstək layihəsinin növbəti monitorinqi həyata keçirilir.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafız Səfixanov verib. Monitorinq çərçivəsində mina qurbanlarına verilən dəstəkdən onların nə dərəcədə səmərəli istifadə etdikləri öyrənilib, həmin şəxslərin dəstək layihəsi çərçivəsində yaratdıqları fərdi təsərrüfatlara baxış keçirilib.

Qeyd edək ki, Layihə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi tərəfindən Koreya Hökumətinin İnsan Təhlükəsizliyinin Artırılması Uğrunda Beynəlxalq Etimad Fondu (Sloveniya) vasitəsilə maliyyə dəstəyi ilə həyata keçirilir.



Anar Əliyev
Xəbəri paylaş