Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanda yağışlar 91 nəfərin həyatına son qoydu -ÖZƏL

Pakistanda yağışlar 91 nəfərin həyatına son qoydu


Pakistanda musson yağışları nəticəsində həyatını itirənlərin sayı 91-ə yüksəlib.

Newscenter.az-ın xəbərinə görə, Pakistan Milli Fəlakət İdarəsi Agentliyi bu barədə məlumat yayıb. Məlumatda bildirilib ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 151-ə çatıb.

Güclü yağışlar nəticəsində 99 evə ziyan dəyib, 11 min insan fəlakət zonasından təxliyə edilib

Pəncab əyalətinin Kasur bölgəsində Sutlec çayının daşması nəticəsində isə 15 kənd daşqından zərər çəkib. Səlahiyyətlilər selin baş verdiyi kəndlərdən 11 min insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.

Qeyd edək ki, ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub. Daşqın fəlakətinin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş