Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə zəmanət vermiş olur -ÖZƏL

Qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə zəmanət vermiş olur


"Qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir, yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər"

Newscenter.az xəbər verir ki, bu fikirləri vəkil Vəfa Qədirovs səsləndirib:

"O bildirib ki, qeydiyyata alınmış əmtəə nişanı bir istehsalçının əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fərqləndirir. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur:

"Qeydiyyat sizi qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul etməyə əsas verir. Qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə zəmanət vermiş olur. Bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı, onu saxta məhsuldan ayıra bilmələri üçün yardımçı olur.

Əmtəə nişanının tanınması, yəni istehlakçılar arasında nüfuz qazanması onun sahibinə bazarda daha çox gəlir əldə etməkdə kömək edir.

İnqilab Süleymanov
Xəbəri paylaş