Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidentinin köməkçisi Halid Əhədov ilə görüşüb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Milli Müdafiə Nazirliyində keçirilən görüşdə iki ölkə arasındakı əlaqələrdən, Türkiyə ilə Azərbaycan arasında sarsılmaz həmrəylik ruhundan söhbət açılıb.
Nazir Yaşar Gülər, “İki dövlət, bir millət” anlayışı ilə getdiyimiz bu yolda bundan sonra da davam edəcəyik” deyərək Türk Silahlı Qüvvələrinin hərbi bilik və təcrübəsini Azərbaycanla bölüşməyə davam edəcəyini vurğulayıb.
Mehman Mehdiyev