Ətraf mühit, ailədaxili heç də normal olmayan münasibətlər, zamanında həkim müayinəsinə müraciət etməmək bir sıra hallarda uşaqlarda aqressiyaya yol açır. Aqressiv uşaqlar isə daha çox ətrafdakılara ziyan vururlar.
Newscenter.az xəbər verir ki, Yeni Nəslə Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri, psixoloq Ülviyyə Murtuzova da bu qənaətdədir. Psixoloq bildirib ki, aqressiya uşağın ətrafına və başqalarına vurması, dişləməsi, əşyalarını tullaması və tüpürməsi kimi zərər verməyi hədəfləyən davranışlar etməsidir:
"Səbəbləri isə müxtəlifdir. Uşağın valideynləri tərəfindən qatı cəzalara məruz qalması, onu düzgün şəkildə başa düşməmə və sevgi doyumsuzluğu yaşaması və s. aqressiyaya səbəb olan amillərdir. Eyni zamanda televiziya, sosial mühitin mənfi təsiri, ailədaxili konflikt, beyin membranının iltihabı, beyinin zədələnməsi kimi fizioloji səbəblər də bu sıraya daxildir".
Anar Əliyev