Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlarla ünsiyyət hüququ necə tənzimlənir? -ÖZƏL

Uşaqlarla ünsiyyət hüququ necə tənzimlənir?


Bir qayda olaraq ailədə boşanma halları baş verəndə əsas mübahisəli məsələlərdən biri də uşağın hansı tərəfdə qalması ilə bağlı olur. Bəzən tərəflər bu məsələdə razılığa gəlsələr də, lakin sonrakı mərələdə qarşı tərəfin uşaqla görüşməsinə problem yaradılır. Bəs, görəsən bu məsələ hüquqi baxımdan necə tənzimlənir?

Newscenter.az-ın məlumatına görə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qadirov deyir ki, Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər:

"Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir".

Anar Əliyev
Xəbəri paylaş