Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edilib.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Belə ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Keçirilən tədbir zamanı Aşağı Tala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 730 kiloqram olan 2428 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Mehman Mehdiyev