"Qarabağda separatçılar konkret Azərbaycanın təhlükəsizliyini təhdid edirlər. Füzuli -Baki təyyarəsinə qarşı radiomaneə yaradılması qırmızı xətti keçməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Brüssel danışıqlarından sonra hərbi əməliyyatlar mütləqdir:
"Hətta Ermənistan Baş naziri Nikol Paşinyan da Qarabagdaki separatçılardan canını qurtarmağa çalışır".
Politoloq deyib ki, Arayik Arutunyan və quldur dəstəsinə qarşı hərbi əməliyyatlar keçirilməlidir:
"Vaxt uzandıqca separatçıların təxribatları genişlənir. Qarabağdakı erməni separatizmini tamam kəsib atmaq vaxtıdır. ABŞ və Avropada Azərbaycanı dəstəkləyir. Rusiya onlara nəfəs verir. Bu nəfəsində bağlamaq iqtidarındayıq. Biz imkan verə bilmərik Rusiya gəlib bizə qarşı erməni separatizmini inkişaf etdirsin, dəstəkləsin".
Anar Əliyev