Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FİDE ustası Federasiyanı ayrıseçkilikdə günahlandırdı

FİDE ustası Federasiyanı ayrıseçkilikdə günahlandırdı


Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qaxda ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.

Newscenter.az-ın xəbərinə görə, yarışlar heç də problemsiz ötüşməyib. Belə ki, Qax rayon UGİŞM-nin direktoru, FİDE ustası Pərvanə İsmayılova Azərbaycan Şahmat Federasiyasını ayrıseçkilikdə ittiham edib. FİDE ustası bu barədə özünün facebook sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Federasiyanın saytında Türkan Məmmədyarova, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Xanım Balacayevanın balaca rəqiblərinə qarşı mübarizə apardığı qeyd edilsə də, lakin onun iştirakım barədə heç nə yazılmır:

"Halbuki bu seansda mən də Qax rayon UGİŞM-nin direktoru, FİDE ustası İsmayılova Pərvanə olaraq iştirak etmişəm.
10 yaş qızlar arasında dünya (Almaniya), 12 yaş qızlar arasında sürətli şahmat üzrə Avropa (Fransa), 4 dəfə müxtəlif yaş qrupların Avropa çempionatının gümüş medalçısı, dünya çempionatlarının bürünc medalçısı, 14 yaşa qədər qızlar arasında SSR çempionu, dəfələrlə qızlar arasında ölkə çempionu, oğlanlar arasında Türkiyə çempionu, kişilər arasında İstanbul çempionu, İranda keçirilmiş İslam oyunları olimpiadasının gümüş medalçısı, bir çox beynəlxalq turnirlərin qalibi olmuşam. Nədən Azərbaycan Şahmat Federasiyası mənim seansda iştirakımı və əldə etdiyim nailiyyətlərimi görmək istəmir?".

Anar Əliyev
Xəbəri paylaş