Millət vəkili Jalə Əhmədova deputat həmkarı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Anatoliy Rafailovun dəvəti ilə onun yaradıcısı olduğu “Magen David Group” İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin qonağı olub.
Newscenter.az-ın xəbərinə görə, bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən deputat qeyd edib ki, səmimi ab-havada keçən görüş zamanı “Magen David Group”un hüquqi məsələlərlə yanaşı, həm də xeyriyyəçilik fəaliyyətləri ilə məşğul olmasından, Quba-Qusar rayonlarında yaşayan vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs olunub.
"Qeyd edildi ki, “Magen David Group” Azərbaycan Respublikasında yaradılmış ilk və yeganə təşkilatdır ki, Azərbaycanda yaşayan yəhudi millətinə mənsub Azərbaycan vətəndaşlarının və yəhudi millətinə mənsub Azərbaycan vətəndaşlığı olmayan şəxslərin hüquqlarını müdafiə edir".
Görüşün sonunda Jalə Əhmədova “Magen David Group”un təqdirəlayiq fəaliyyətinə uğurlar arzulayıb, dəvətə görə isə Anatoliy Xaimoviçə ayrıca təşəkkür edib.
Ruhiyyə