Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Azərbaycan xalqı və dövləti bu mücadilədə iqardaş Türkiyə dövlətinin və xalqının yanında idi"

Prezident: "Azərbaycan xalqı və dövləti bu mücadilədə iqardaş Türkiyə dövlətinin və xalqının yanında idi"


Əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə (Prezident Rəcəb Tayyib Ərdoğan - red.) olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.

Newscenter.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda yer alıb.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi: “Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sevinc Mehdiyeva
Xəbəri paylaş