Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə səfirliyinin müşaviri: “FETÖ 170 ölkədə fəaliyyətini davam etdirir”

Türkiyə səfirliyinin müşaviri: “FETÖ 170 ölkədə fəaliyyətini davam etdirir”


“FETÖ 170 ölkədə fəaliyyətini hələ də davam etdirir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır Türkiyənin 15 İyul “Demokratiya və Milli Birlik Günü” münasibətilə Bakıda keçirilən konfransda səsləndirib.

Onun sözlərinə görə, FETÖ-nün əsas mərkəzi Amerika, daha sonra Almaniyadır:
“Onlar burada erməni diasporu, eyni zamanda cinsi azlıqlardan təşkil olunmuş quruluşlarla əməkdaşlıq edirlər”.

“Məsələn, Almaniyada FETÖ terror təşkilatının üzvlərinə maddi yardımlar edilir, işlə təmin olunmasına kömək edirlər”, - diplomat qeyd edib.

M.Çakır vurğulayıb ki, Maarif Vəqfi 230 tədris mərkəzini FETÖ-nün caynaqlarından qurtararaq öz himayəsinə alıb.(report)
Xəbəri paylaş