Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 5 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək ölkədə ümumilikdə 831 983 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 22 aktiv xəstə var. Bu günə qədər 10 288 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 416, bu günə qədər isə ümumilikdə 7 655 305 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 22 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 048 olub.
Sevinc Mehdiyeva