Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuz döyüşləri bizi Vətən Müharibəsində qələbəyə aparan günlərdən biridir

Tovuz döyüşləri bizi Vətən Müharibəsində qələbəyə aparan günlərdən biridir


"Azərbaycan xalqının müasir hərb tarixinin ən qürurlu və şərəfli günlərindən birini də Tovuz döyüşləri təşkil edir".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Tovuz döyüşləri həm də bizi Vətən Müharibəsində qələbəyə aparan, qələbəyə olan inamımızı gücləndirən tarixi günlərdən biridir:

"Bu gündə qəhrəman Vətən oğulları böyük şücaət və qəhrəmanlıq nümayiş etdirərək düşmənin məkrli planını pozdular. İllər keçəcək Azərbaycan xalqı bu mərd oğulların şücaət və qəhrəmanlığını heç zaman unutmayacaq. Allah Vətən torpaqlarının müstəqilliyi və bölünməzliyi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!".

Anar Əliyev
Xəbəri paylaş