Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alimlərdən beyin xərçənginin müalicəsi üçün EFFEKTİV ÜSUL

Alimlərdən beyin xərçənginin müalicəsi üçün EFFEKTİV ÜSUL


ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri nadir rast gəlinən beyin şişi - papilyar kraniofarinqioma üçün yeni müalicə üsulu hazırlayıblar. Terapiya şişlərin kiçilməsində görünməmiş müvəffəqiyyət göstərib.

Newscenter.az xəbər verir ki, tədqiqatın nəticələri "New England Journal of Medicine" nəşrində dərc olunub.

Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə azı 28 günlük terapiya kursunu tamamlayıb. Dörd dövr ərzində şiş ölçüsündə orta azalma 68%-dən 99%-ə qədər (orta hesabla 91%) dəyişib.

Yeddi xəstə eksperimental terapiyanın dayandırılmasından sonra başqa müalicə almayıb. Altı pasiyentin təxminən iki illik müayinəsi şişin böyümədiyini üzə çıxarıb. Müalicə zamanı xəstələrin heç birində şiş böyüməyib, ölən olmayıb.

"Bir və ya daha çox terapiya dövrünü tamamlayan bütün xəstələr müalicəyə cavab verdilər, bu, beyin şişləri üçün hər hansı tibbi müalicəyə ən yüksək cavab nisbətidir", - alimlər bildiriblər.

Tədqiqatçılar bununla belə terapiya dövrlərinin optimal sayını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.

Anar TAGIYEV
Xəbəri paylaş