Argentinada 6,6 bal maqnitudada zəlzələ qeydə alınıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Mərkəz UTC vaxtı ilə saat 03.05-də (Bakı vaxtı ilə saat 07:05) 4,3 min nəfərin yaşadığı Lonqopue şəhərindən 25 km aralıda yeraltı təkanı qeydə alıb.
Mərkəzin məlumatına görə, zəlzələ ocağı 171 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.