Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” ASC-nin abonentlərinin sayı ilin əvvəlindən 4,5 faiz artıb

“Azərsu” ASC-nin abonentlərinin sayı ilin əvvəlindən 4,5 faiz artıb


Son 1 ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,5 faiz artıb.

Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, 01 yanvar 2022-ci il tarixinə Cəmiyyət üzrə abonentlərin sayı 1715822 idisə, bu rəqəm 1 iyul 2023-cü il tarixinə 1792731-ə çatıb. İçməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1721644-ü (96 faiz) əhali, 71087-si (4 faiz) isə qeyri-əhali qrupu abunəçiləridir.

Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

01 iyul 2023-cü il tarixinə “Azərsu” ASC abonentlərinin 89,1 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,7 faiz, qeyri əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir.

Sona
Xəbəri paylaş