Son illər insan orqanizmdə müxtəlif xəstəliklər, mənfi tendensiyalar müşahidə edilir ki, bunlardan biri də deliriumdur.
Newscenter.az-ın xəbərinə görə, tibbdə son illər tez-tez rast gəldiyimiz bu problem barədə danışan Yeni Nəslə Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri, psixoloq Ülviyyə Murtuzova deyib ki, delirium-normal oyanıqlıq vəziyyəti ilə stupor və ya koma arasında kəskin beyin çatışmazlığı vəziyyətidir. Onun sözlərinə görə, delirumun əsas xüsusiyyətləri fikir dağınıqlığı, konsentrasiya pozuntusu və koqnitiv funksiyaların pozuntusudur:
"Çox yayılmış pozuntudur. Anidən başlayır. Diqqət, qavrama, yaddaş və düşünmə kimi əsas funksiyalara təsir göstərir. Belə insanlarda hallüsinasiya və sayıqlamalar olduqca çox müşahidə olunur".
Anar Əliyev