Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan körfəz ölkələrindən 50 milyard dollardan çox sərmayə cəlb etmək niyyətindədir

Ərdoğan körfəz ölkələrindən 50 milyard dollardan çox sərmayə cəlb etmək niyyətindədir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Fars körfəzi ölkələrinə 50 milyard dollardan çox investisiya sazişinin imzalanması ilə nəticələnəcək üç günlük səfərə gedəcək.

Newscenter.az TRT-yə istinadən xəbər verir ki, səfərdə onu 200-ə yaxın türk iş adamı müşayiət edəcək.

Ərdoğan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlardan əlavə, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Qurumun rəhbəri Nail Olpak səfərdən əvvəl jurnalistlərə bildirib ki, görüşlərin yekunlarına əsasən tikinti-podrat sektorunda, o cümlədən səhiyyə, enerji, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində sazişlərin imzalanması planlaşdırılır.

“A Haber” telekanalında çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz konkret razılaşmalara ümid etdiyini bildirib. "Söhbət həm iki ölkədə, həm də üçüncü ölkədə uzunmüddətli layihələrdən gedir. Birbaşa sərmayələrin bir hissəsi dərhal, bəziləri isə sonralar gələcək. Biz nüfuzlu rəqəmlər gözləyirik", - o əlavə edib.

Anar Tağıyev
Xəbəri paylaş