Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin Baş katibi Antonio Quttereş ilə görüşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon bağlantısı əsasında baş tutan görüş zamanı əsas müzakirə mövzusu "Taxıl sazişi" olub.
Tərəflər "İstanbul Taxıl Sazişi"nin uzadılmasının mümkünlüyü, bu məqsədlə Rusiya ilə təmasların qurulması kimi məsələləri müzakirə edib.
Mehman Mehdiyev