Türkiyənin bir neçə vilayətinin ardınca Hatayda da meşə yanğını başlayıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, yanğınlar Hatayın Belen rayonunda qeydə alınıb. Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə daha geniş əraziyə yayılıb. Bölgəyə çoxlu sayda xilasedici və yanğınsöndürmə vertolyotu cəlb edilib.
Meşə yanğını səbəbiylə Hatayın Müftüler və Güzelyayla məhəllələrinin əhalisi daha təhlükəsiz əraziyə təxliyə edilib.
Mehman Mehdiyev