Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

I Şah İsmayıl dövründə tiryək və çətənəyə qarşı mübarizə -ÖZƏL

I Şah İsmayıl dövründə tiryək və çətənəyə qarşı mübarizə


Günümüzdə cəmiyyətin ən ciddi bəlasına çevrilən və ildən-ilə genişlənən narkomaniya problemi, narkotik vasitələrə aludəçuilik hallarına qarşı mübarizə hələ yüz illərlə bundan əvvəl, hətta 15-16-cı əsrlərdə də aparılıb.

Newscenter.az-ın xəbərinə görə, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov bildirib ki, hələ Səfəvilər dövlətinin zamanında narkotik aludəçiliyinə qarşı Şah İsmayıl tərəfindən müəyyən tədbirlər həyata keçirilib. Onun sözlırinə görə, 1509-cu ildə Azərbaycan ərazisində narkotiklə mübarizə aparan qrupların sayı yetmişi keçirdi və orduda ən çox maaş alan da elə onlar sayılırdı:

"I Şah İsmayıl dövründə tiryək və çətənəyə qarşı mübarizədə ölən əsgər üçün yeddi gün Quran oxunurdu. Alimlərin fikrincə, bu məsələ genetik bir məsələ kimi qiymətləndirilirdi. Yəni, azərbaycanlı genetikasını məhv edən, onu çürüdən və ağılsız edən tiryək və xaş-xaşa qarşı amansız olmağı Səfəvilər dövləti həmişə yüksək qiymətləndirib".

Anar Əliyev
Xəbəri paylaş