Qeyri-normal hava şəraiti və kəskin istilər İtaliyada həyatı iflic edib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi bir çox şəhərlərin kəskin istilər səbəbindən qırmızı zonaya daxil olduğunu bildirib.
Beləliklə, qırmızı zonaya daxil edilən və təhlükəli hava şəraitinin hökm sürdüyü bildirilən şəhərlərin sayı 17-yə çatıb. Məlumata görə, ən kəskin istilər Sardiniya adasında qeydə alınıb. Burada havanın temperaturu 47-48 dərəcəyə çatıb. Sicilya adasında isə istilər 45-46 dərəcə arasında dəyişir.
Mehman Mehdiyev