Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanadadakı meşə yanğınları Amerikada 70 milyon insana təsir edəcək -ÖZƏL

Kanadadakı meşə yanğınları Amerikada 70 milyon insana təsir edəcək


Kanadada davam edən meşə yanğınları təkcə bu ölkə deyil, eləcə də Birləşmiş Ştatlara təsirsiz ötüşmür. Newscenter.az trthaber-ə istinadən bildirir ki, meşə yanğınlarının tüstüsü küləyin təsiri ilə bu həftə ABŞ-a çata bilər. Nəticədə Amerikanın 12 ştatında təxminən 70 milyon insana Kanadadakı meşə yanğınları təsir etmiş olacaq.

Kanadaya yaxın əyalətin şimal bölgələrində hava keyfiyyətinin "qeyri-sağlam" səviyyəyə düşməyə başladığına diqqət çəkən Nyu-York qubernatoru Keti Hoçul yüz minlərlə N95 tipli maskanı istifadəyə hazır saxladıqlarını deyib.

Hochul, Nyu Yorkda havanın keyfiyyətinin təhlükəli səviyyəyə düşəcəyi təqdirdə ictimaiyyəti telefon mesajları ilə xəbərdar edəcəklərini bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş