Rusiya "Qaradəniz Taxıl Dəhlizi Sazişi"nin uzadılmasının mümkünlüyü barədə bəyanatla çıxış edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi sazişin davam etməsinin şərtlərini açıqlayıb. Xarici İşlər Nazirliyi bəyan edib ki, bunun üçün Qərbin Rusiya üçün tətbiq etdiyi bəzi sanksiyalar aradan qaldırılmalıdır. Bu sırada ilk yerdə Qərbdən Rusiyaya qida və gübrə ilə bağlı tətbiq edilən sanksiyaların aradan qaldırılması tələb olunur.
Qeyd edək ki, "Taxıl sazişi" 2022-ci il, 20 iyul tarixində İstanbulda Türkiyənin vasiəçiliyi ilə imzalanıb.
Mehman Mehdiyev