İsti hava bütün dünyada öz təsirini göstərməkdə davam edir. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Şimali Kipr Türk Respublikası da isti hava şəraitindən əziyyət çəkir.
Bunu nəzərə alan hökumət Şimali Kipr Türk Respublikasında 17-21 iyul tarixləri arasında saat 12.00-16.00 arasında çöldə işləməyi qadağan edib.
Əmək və Sosial Müdafiə Nazirliyinin verdiyi qərarda bildirilib ki, Meteorologiya Departamentinin havanın temperaturu ilə bağlı proqnozlarına əsasən, nazirlik günəş altında işləyən işçilərin sağlamlığının qorunması məqsədilə belə bir addım atıb.
Mehman Mehdiyev