Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Taxıl sazişi"ni dayandırması Rusiyanın növbəti səhvidir -ÖZƏL

"Taxıl sazişi"ni dayandırması Rusiyanın növbəti səhvidir


Hazırda dünyanın gündəmində olan əsas məsələlərdən biri də Rusiyanın "Taxıl sazişi"ni dayandırmasıdır. Sazişin dayandırılmasının ümumilikdə dünyaya mənfi təsir göstərəcəyi qaçılmaz olsa da, lakin ən böyük zərərin elə Rusiyaya dəyəcəyi bildirilir.

İqtisadçı Eldəniz Əmirov da belə düşünür. Newscenter.az-ın xəbərinə görə, iqtisadçı deyib ki, "Taxıl sazişi"ni dayandırması Rusiyanın növbəti səhvidir:

"Onsuz da Rusiya bununla ciddi heç nəyə nail ola bilməyəcək. Əksinə özünə qarşı çıxmayan tək-tük tərəf var ki, onları da Rusiyadan döndərəcək".

Taxılın qiymətinə gəldikdə isə, Eldəniz Əmirov hesab edir ki, bu addım qısamüddətli dövr üçün öz təsirini göstərəcək:

"Amma buğda qiymətlərinin yenidən 2022-ci ilin aprel-may qiymətlərinə çatacağı inandırıcı deyil. Yəni Rusiyanın son təsir aləti də, onu bataqlıqdan xilas edə bilməyəcək. Artıq bu dəfə nə Hindistan, nə də başqa iri ixracatçıların ixraclarına məhdusiyyət qoyması gözlənilmir. Bu isə ötən ilin aprel təlatümünün yaranmasına imkan verməyəcək".

Natiq Orucov
Xəbəri paylaş