Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AFRA ilə Uztekstilprom arasında əməkdaşlıq haqqında Memorandum imzalandı

AFRA ilə Uztekstilprom arasında əməkdaşlıq haqqında Memorandum imzalandı


Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə Özbəkistanın Tekstil və Tikiş Sənayesi Müəssisələri Assosiasiyası (Uztekstilprom) arasında əməkdaşlıq haqqında Memorandum imzalandı.

Newscenter.az xəbər verir ki, “AFRA” İdarə Heyətinin sədri Fərid Novruzi “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər arasında keçirilən görüşün əsas məqsədi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının xarici əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də, ölkəmizə idxal olunan geyim mallarının qiymət siyasətinin yumşaldılması üçün yolların araşdırılmasından ibarətdir.

Özbəkistan nümayəndə heyəti “AFRA” üzvlərinə öz ərazisində istehsal sahələrinin müştərək istifadəsi imkanlarını nəzərdən keçirməyi təklif etdi.

Görüşün sonunda “AFRA” idarə heyətinin sədri Fərid Novruzi və “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanov əməkdaşlıq haqqında Memorandum imzaladılar. Memorandum iki təşkilat arasında məlumat mübadiləsi, tekstil sənayesi sahəsində əməkdaşlıq, qarçılıqlı investisiya imkanlarının araşdırılması maddələrini nəzərdə tutur.


Natiq Orucov
Xəbəri paylaş