Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda zibil yeşiyində 10-15 günlük körpə aşkarlanıb

Bakıda zibil yeşiyində 10-15 günlük körpə aşkarlanıb


Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.

Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.

Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş