Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayraktar Akıncı Ərəbistan səmalarında uçacaq – BÖYÜK MÜQAVİLƏ

Bayraktar Akıncı Ərəbistan səmalarında uçacaq – BÖYÜK MÜQAVİLƏ


Bayraktar AKINCI PUA ixrac və əməkdaşlıq müqaviləsi üzrə Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında rəsmi sənəd imzalanıb.

Bu barədə Newscenter.az-a “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanını ziyarəti çərçivəsində reallaşan imza mərasimində birgə əməkdaşlığa dair sənəd Səudiyyə Ərəbistanının müdafiə naziri ilə Baykar şirkətinin rəhbəri Haluk Bayraktar arasında imzalanıb.

Milli və orijinal olaraq “Baykar” şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI S/PUA, Səudiyyə Ərəbistanı Krallığı Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət edəcək. Müqavilə çərçivəsində Baykar Birləşmiş Ərəb Əmirliklərində həmçinin təlim, texniki dəstək və logistika xidmətləri göstərəcək.

Qeyd edək ki, “Baykar”, rəqabətli proses nəticəsində Amerikalı, Avropalı və Çinli rəqiblərini geridə qoyub və Küveyt Müdafiə Nazirliyi ilə imzaladığı müqavilə ilə Bayraktar TB2 üçün 370 milyon dollarlıq ixrac müqaviləsi də imzalanıb. Rumıniyaya ixracla Bayraktar TB2 SPUA-lar 4 NATO üzvü və 2 Aİ üzv ölkəsinin inventarına daxil olub. Müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçısı olan “Baykar”ın 2022-ci ildə 1,4 milyard dollar dövriyyəsi olub. Bayraktar TB2 SPUA üçün 30 ölkə ilə, Bayraktar AKINCI üçün isə 6 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Mehman
Xəbəri paylaş