Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçikada marketlərdə satılmayan mallar əhaliyə pulsuz veriləcək -ÖZƏL

Belçikada marketlərdə satılmayan mallar əhaliyə pulsuz veriləcək


Belçikanın paytaxtı Brüsseldə böyük supermarketlər sata bilmədikləri, lakin hələ də istifadəyə yararlı olan ərzaq məhsullarını atmaq əvəzinə, əhaliyə bağışlamağa məcbur olacaqlar.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Brüssel Bölgəsi hökumətinin tullantıları azaltmaq qərarı ilə 1000 kvadratmetrdən böyük olan supermarketlər 2024-cü ildən etibarən satılmamış, lakin istifadə müddəti bitməyə yaxın olan xeyriyyə təşkilatlarına bağışlamalı olacaq.

Yeni qanuni tələbin şəhərdəki 100-ə yaxın supermarketi əhatə edəcəyi bildirilir.

Brüssel Bölgəsi hökumətinin sosial yardım naziri Alain Maron şəhərdə yaşayan 70 min insanın ərzaq yardımına ehtiyacı olduğunu bildirib.

Natiq Orucov
Xəbəri paylaş