Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərzaninin Azərbaycana səfərində nələr diqqətdə olacaq? -ÖZƏL

Bərzaninin Azərbaycana səfərində nələr diqqətdə olacaq?


"Hesab edirəm ki, İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzaninin Azərbaycana səfəri zamanı perspektivdə əlaqələrin inkişaf etməsi ilə yanaşı, əsasən terrorizmlə mübarizə, iqtisadi əlaqələrin artırılması kimi məsələlər ön planda olacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, İkinci Qarabağ müharibəsində qələbədən sonra və Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın beynəlxalq münasibətlərdə, xüsusən də Yaxın Şərqdə daha fəal olacağı gözlənilir:

"Bu dəhliz Türkiyə vasitəsilə Azərbaycanı Yaxın Şərqə və Qərb dünyasına birləşdirəcəyi üçün İraq Kürdüstan Regionu ilk istiqamətlərdən biridir. Türkiyənin Azərbaycan və İraq Kürdüstanı ilə qardaşlıq əlaqələri həm Bakı, həm də Ərbil üçün təmas nöqtələrinin yaradılmasına töhfə verir".

Anar Əliyev
Xəbəri paylaş