Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Qətər əmirinə "Togg" avtomobili hədiyyə etdi -ÖZƏL

Ərdoğan Qətər əmirinə "Togg" avtomobili hədiyyə etdi


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk yerli avtomobili "Togg"-un "Gemlik mavi" rəngini Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Saniyə hədiyyə edib.

Newscenter.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hədiyyəni qəbul edən Qətər əmiri özü sükan arxasına keçərək avtomobili idarə edib. Əmir Şeyx Təmim bin Hamed Al Saniyə Türkiyə prezidenti ilə avtomobildə gəzinti edib.

Qeyd edək ki, Körfəz ölkələrinə səfəri çərçivəsində Türkiyə prezidenti Qətərə rəsmi səfərə gəlib. Ərdoğan və Əl Sani Lusail sarayında təkbətək görüşdükdən sonra heyətlər arasında görüş keçirib.

Mehman Mehdiyev
Xəbəri paylaş