Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Fənərbaxça" Rodriqo Bekaonu aldı -ÖZƏL

"Fənərbaxça" Rodriqo Bekaonu aldı


Türkiyənin "Fənərbağça" futbol klubu bir müddətdir ki, transfer danışıqları apardığı braziliyalı müdafiəçi Rodriqo Bekao sabah Türkiyəyə gələrək rəsmi müqavilə imzalayacaq.

Newscenter.az-ın "Haber Global"-a istinadən verdiyi xəbərə görə; “Fənərbağça” “Udineze”də çıxış edən Rodriqo Bekaonun transferi üçün sözügedən klubu ilə də razılığa gəlib.

Braziliyalı müdafiəçi sağlamlıq müayinəsindən keçmək üçün sabah İstanbula gələcək və yoxlamalarda problem olmasa, onu "Fənərbağça"ya bağlayan rəsmi müqaviləyə imza atacaq.

Fənərbaxçanın bu transfer üçün 10 milyon avro ödəyəcəyi iddia edilir.

Dörd il əvvəl 1,5 milyon avroya transfer edildiyi “Udineze”də 4 mövsümdə 130 oyun keçirən 27 yaşlı braziliyalı müdafiəçi 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Oruc Niyazov
Xəbəri paylaş