Türkiyənin paytaxtı Ankara şəhərində ictimai nəqliyyatda gediş haqqı artırılıb. Newscenter.az xəbər verir ki, Ankara Böyükşehir Bələdiyyəsi bu barədə qərar verib.
Qərara əsasən, ictimai nəqliyyatda tam bilet qiyməti 9,50 lirədən 15 lirəyə, tələbə biletləri isə 4,75 lirədən 7,5 lirəyə qalxıb. Yeni qiymətlər iyulun 24-dən keçərli olacaq.
Ankara Böyükşehir Bələdiyyəsi ictimai nəqliyyatda qiymətlərin artırılmasının vergi dərəcələri və yanacağın qiymətinin qalxması ilə əlaqələndirib. Bildirilib ki, ictimai nəqliyyatda bilet qiymətlərinin aşağı olması səbəbindən hər ay 300 milyon lirə zərərlə üzləşirlər.
Mehman Mehdiyev