Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda dövlət qurumlarının fəaliyyəti dayandırıldı -ÖZƏL

İranda dövlət qurumlarının fəaliyyəti dayandırıldı


İranın Bojnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Newscenter.az İranın Tesnim Xəbər Agentliyinə istinadən bildirir ki, Şimali Xorasan Böhran İdarəetmə Meneceri Qulam Rıza Şefikin açıqlamasına görə, qeyd edilən ərazilərdə hava çirkliliyi 300 mikroqram/kubmetri keçib.

Bojnurd və Məşhəd şəhərlərində dövlət qurumları ilə yanaşı təhsil müəssisələri də bağlanıb.

İran rəsmisi xalqı, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.

Mehman Mehdiyev
Xəbəri paylaş