Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremlin regionda son çırpınışları -ÖZƏL

Kremlin regionda son çırpınışları


"Azərbaycanın Laçında, Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması və məntəqənin fəaliyyətinin davamlılığını təşkil etməsi Moskva və İrəvan ikilisinin planlarını alt-üst etdi. Rəsmi Bakı bütün platformalarda Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olması və onların müqəddaratı ilə bağlı məsələlərin ölkənin daxili işi hesab etdiyini bildirir və onların danışıqlar prosesində tərəf kimi çıxış etməsini qəti şəkildə rədd edir. Rusiya və İrəvan isə nəzərət-buraxılış məntəqəsi ətrafında süni şəkildə spikuliyasiya yaratmaqla əsassız iddialarla rəsmi Bakını böhran yaratmaqda ittiham edirlər.

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə son günlər Rusiyadan Bakıya qarşı sərt ritorikanın nümayiş etdirilməsinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, reallıq isə göz qabağındadır və Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir, qanunsuz silahdaşınmalarından tutmuş bütün qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün qətiyyətli addımlar atır:

"Ən son olaraq liderlərin Brüssel görüşündə Avropa İttifaqı Qarabağda yaşayan ermənilərin ərzaq məhsulları ilə təminatının Ağdam marşurutu ilə çatdırılmasını dəstəkləyib. Bu isə ermənilərin reinteqrasiya prosesində həlledici amil ola bilər. Azərbaycan məhsullarının Xankəndiyə çatdırılması sonrakı proseslər üçün yol açır və növbəti addım kimi xəstələrin İrəvana deyil Azərbaycan xəstəxanalarına gətirilməsi reallaşa bilər ki, bu da Rusiyanı ciddi şəkildə narahat edir. Məlum proseslərin ardınca separatçı rejimin Xankəndində aksiya keçirməsində də məhz Rusiya amili var".

Pərviz Mirizadə deyib ki, Kremlin separatçı rejim üzərində mövcud hakimiyyəti onları təxribatlar törətməyə sövq edə bilər:

"Lakin Kremlin bu kimi addımlarını regionda son çırpınşları kimi xarakterizə etmək olar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məlum çıxışı və Ankaranın Moskvaya təsiri, paralel olaraq Azərbaycanın Ukraynaya növbəti humanitar yardım göstərməsi Rusiya ətrafında prosesləri aydınlaşdırır".

Anar Əliyev
Xəbəri paylaş