"Kürdlə erməni düşməndirsə, kürdlə biz təbii müttəfiqik. Türkiyədə də kürdlərin əksəriyyəti Türkiyə dövlətçiliyini dəstəkləyirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzaninin Azərbaycana səfərinə münasibıt bildirərkən səsləndirib.
Tarixçi deyib ki, Ermənistanda olan yezidilər, eləcədə Şenqaldakı ezidilər kürd dilinin bir dialektində danışsalar da, onlar özlərini kürd hesab etmirlər:
"Ezidilər kürd olmadığından Ermənistanda yaşayır. Kürdüstan Muxtariyyətində yaşayan kürdlər də İranla düşməndir və dəfələrlə onların hücumuna məruz qalıblar. İran Milli Zülmünə qarşı ən aktiv mübarizə aparan xalqlardan biri də kürdlərdir".
Anar Əliyev