Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Rəşad Nəbiyev Pakistanda səfərdədir

Nazir Rəşad Nəbiyev Pakistanda səfərdədir


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfər edib.

Newscenter.az xəbər verir ki, səfər zamanı Azərbaycanın Pakistandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Sonra nazir Rəşad Nəbiyev Pakistanın ticarət naziri Syed Navid Qəmər və informasiya texnologiyaları və telekommunikasiya naziri Syed Amin Ul Haque ilə görüşüb.

İkitərəfli görüşlərdə ölkələr arasında ticari əlaqələr, informasiya texnologiyaları və telekommunikasiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Rəşad Nəbiyev ölkəmizdə kibertəhlükəsizlik, əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib.

Görüşlərdə hər iki ölkə arasında ticarət və İKT sahəsində əlaqə və təcrübə mübadilələrinin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə olunub.

Rəşad Nəbiyev daha sonra Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb. Bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün yaradılmış güzəştlər, imkanlar və üstünlüklər barədə müzakirələr aparılıb.

Görüşlər zamanı, həmçinin ölkələr arasında informasiya mübadiləsinin təşviqi və yeni işgüzar əlaqələrin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Sona
Xəbəri paylaş