Qərbi Afrika ölkələrindən olan Nigeriyada ilk qarayara xəstəliyi aşkarlanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədəı Nigeriya Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyinin verdiyi açıqlamada qeyd edilib.
Xəstəlik iribuynuzlu heyvanlarda və keçilərdə aşkar edilib. Nazirlik bildirib ki, qarayara xəstəliyinin aşkar edildiyi fermaya baytarlıq qrupları göndərilib.
Qeyd edək ki, qarayara xəstəliyi əvvəllər Qərbi Afrika ölkələri Burkina Faso, Toqo, Benin və Qanada müşahidə edilmişdi.
Ölümcül xəstəlik olan qarayara xəstəliyinə otyeyən heyvanlarda, xüsusilə qoyun, keçi və iribuynuzlu heyvanlarda rast gəlinir.
Qarayara virusu insanlara yoluxmuş heyvanlarla birbaşa təmas nəticəsində, həmçinin təmiz olmayan və bişirilmədən istehlak edilən heyvan mənşəli məhsullardan da keçə bilər.
Mehman Mehdiyev